BolgeXeber.Com » Xəbərlər » Ərə gedə bilməyən qız sevgilisini məhkəməyə verir - Azərbaycanda şok olay

Ərə gedə bilməyən qız sevgilisini məhkəməyə verir - Azərbaycanda şok olay

11-04-2017, 13:02
Oxunub: 2 210 Ərə gedə bilməyən qız sevgilisini məhkəməyə verir - Azərbaycanda şok olayQızlara ümid verən oğlanlar məsuliyyətə cəlb oluna bilərmi?

Bolgexeber.com xəbər verir ki, femida.az -a vətəndaş tərəfindən müraciət daxil olub

Aygün Ələsgərova ( ad, soyad şərtidir) iddia edir ki, keçmiş sevgilisi ona ümid verib, sonra onunla evlənməyib.

Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.

Qızlara ümid verən oğlanlar məsuliyyətə cəlb oluna bilərmi?

Sözügedən sayt sualın hüquqi şərhi ilə bağlı vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, burada hüquq pozuntusundan söz gedə bilməz.

“Belə hallarla biz də rastlaşırıq. Xanımlar bir müddət münasibətdə olduqları bəylərdən şikayətçi olurlar. Əgər, bir oğlan qıza sadəcə ümid veribsə, el dilində desək, ona söz verib, evlənməyibsə, burada heç bir hüquq pozuntusu yoxdur. Hüquq pozuntusundan əlavə, burada heç əxlaq pozuntusu da müşahidə edilmir. Hər kəs öz seçimində sərbəstdir.”