BolgeXeber.Com » Xəbərlər » Gəncləri "Facebook" da seks tələsinə salan 17 yaşlı qız məhkəmə zalında həbs olundu

Gəncləri "Facebook" da seks tələsinə salan 17 yaşlı qız məhkəmə zalında həbs olundu

11-04-2017, 17:49
Oxunub: 4 452 Gəncləri "Facebook" da seks tələsinə salan  17 yaşlı qız məhkəmə zalında həbs olunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, ev dustaqlığında olan Arifə Musayevanın daha əvvəl iclaslara gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Məhkəmə baxışı aprelin 17-nə təyin edilib.

Məlumata görə, adı çəkilən şəxslər əvvəlcədən dəstəyə üzv etdikləri “Facebook” və “Odnoklassniki”də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub. Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu götürüblər. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.