"Mənim üstümdən pul qazanmaq istəyirsən" - İslamdan Azərə
11-04-2017, 19:03
Oxunub: 1 884
Aktyorlar Fərda Xudaverdiyev və İslam Mehrəliyev aparıcı Azər İsmayılovun Türkiyədə lentə alınan “Yanlış anlama” filmi ilə bağlı iddialarına cavab verib
Axşam.az-ın məlumatına görə, A.İsmayılov ekran işinin ideyasının ona məxsus olduğunu, oğurlandığını söyləyib.
İ.Mehrəliyev “ATV maqazin onlarla” verilişində məsələyə aydınlıq gətirib:
“Film başlayanda danmıram, ilk təklifi Azərdən almışdım. Hətta Levent bəy, mənə dedi ki, Azərlə danışmışam, Azərbaycandan siz və Pərvin Abıyeva çəkiləcəksiniz. Türkiyədən təklif alanda Azərlə danışdım. Qayıtdı ki, xəbər edəcəm. Bu yaxınlarda isə mənə deyir ki, çəkilmə, söz ver ki, razılaşmayacaqsan. Denən ki, Azər yoxdursa, mən də yoxam. Niyə olmamalıyam ki? Mənim üstümdən pul qazanmaq istəyirsən? Yaxşısansa, niyə türklər mənim nömrəmi istəyəndə verməmisən? Haqqımı tələb etmişəm, ondan sonra da çəkilirəm. Mənim istedadıma görə yol açırlar”.
F.Xudaverdiyev isə bu hadisədən xəbərsiz olduğunu deyib:
“Onların arasında nə baş verir bilmirəm. Mənim orada olmağımın səbəbkarı Azər yox, türkdür. İslamla mübahisələrin də bilirdim”.
A.İsmayılov isə sözügedən ekran işinin Azərbaycan kinoteatrlarında yayımlanmasına mane olacağını söyləyib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər