BolgeXeber.Com » Xəbərlər » Sərnişin daşınması qaydaları dəyişdi - Bunlarsız olmaz! - VİDEO

Sərnişin daşınması qaydaları dəyişdi - Bunlarsız olmaz! - VİDEO

14-04-2017, 10:32
Oxunub: 2 091 Sərnişin daşınması qaydaları dəyişdi - Bunlarsız olmaz! - VİDEOSərnişin daşıyanlara nəzarət güclənir

Artıq qeyri-müntəzəm, yəni fərdi qaydada öz avtomobili ilə sərnişin daşımaq istəyən şəxslər hər reysə çıxmazdan öncə texniki baxışdan keçməlidır. Sürücü də sağlam olması barədə arayış almalıdır.
Fərdi olaraq sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri üçün yeni qaydalar tətbiq olunacaq. Artıq belə şəxslər sərnişinləri daşımazdan öncə öz avtomobillərini texniki yoxlanışdan və sürücülər isə tibbi baxışdan keçirməlidirlər.
Ekspert Ərşad Hüseynov bildirir ki, bu tələblər ümumi qaydada öncələr mövcud olmasına baxmayaraq prosesin tətbiqi mexanizmi yox idi. Ancaq son zamanlar fərdi olaraq sərnişin daşıyan şəxslərin avtomobilləri ilə törədilən ağır qəzalar bu sahəyə daha diqqətli yanaşma tələb edir.
Yeni qaydalar Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları"ndakı dəyişiklikdə öz əksini tapıb. Məsələyə münasibət bildirən baş dövlət yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev isə bildirib ki, hazırda buna hansı qurumun nəzarət edəcəyi hələ dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra bu qaydaya əməl etməyənlərə nə qədər cərimə tətbiq olunacağı bılınəcək.