BolgeXeber.Com » Xəbərlər » Nabranda istirahət mərkəzinin rəhbəri işlətdiyi fəhlənin pulunu vermir – VİDEO

Nabranda istirahət mərkəzinin rəhbəri işlətdiyi fəhlənin pulunu vermir – VİDEO

18-04-2017, 17:38
Oxunub: 2 362 Nabranda istirahət mərkəzinin rəhbəri işlətdiyi fəhlənin pulunu vermir – VİDEOXaçmaz şəhər sakini obyektlərin birində fəhlə kimi işləyib, amma 2 ildir pulunu ala bilmir

Bolgexeber.com Xezerxeber.az-a istinadən məlumat verir ki, 29 yaşlı Əbülfəz Ağayev Nabran İstirahət Zonasında yerləşən istirahət mərkəzlərinin birinin tikintisində suvaq işini görüb. 2015-ci ilin iyun ayından bəri obyekt sahibindən zəhmət haqqını ala bilmədiyini deyir.

Əbülfəz Ağayevin sözlərinə görə, onunla obyekt sahibinin arasında hər hansı rəsmi razılaşma olmayıb. İstirahət Mərkəzinin tikdirən şəxs ona 190 manat versə də, qalan 385 manatı bu günə kimi ala bilmir.

Əbülfəz Ağayevin çalışdığı zaman iş icraçısı olan Xaçmaz rayonunun Manafoba kənd sakini Elbrus Piriyev isə obyekt sahibinin onlara verməli pulu ödədiyini qeyd edir. Lakin Əbülfəz Ağayevə obyekt sahibi şəxsən pul verdiyindən iş icraçısına verilən pula daxil edilməyib.

İstirahət mərkəzini tikdirən Surə Salahlı bildirir ki, o, sadəcə iş icraçılarına pul verib. İşçilər də əməkhaqqını iş icraçılarından alıb. İş icraçısı isə deyir ki, ona pul verilməyib. Pulunu ala bilməyən fəhlə rəsmi sənəd olmadığına görə çarəsiz durumdadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: