BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olundu-FOTO

Bərdədə “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olundu-FOTO

18-04-2017, 19:49
Oxunub: 2 089 Bərdədə “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olundu-FOTOBərdə Regional Mədəniyyət və Turizm idarəsi 18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibəti ilə geniş şəkildə tədbir proqramı təşkil etdi

Təşkil olunan tədbirdə rəsm sərgisi, tarixi eksponanlar, kitab sərgiləri nümayiş edilib. İştirakçıların mədəni istirahətini nəzərə alaraq, tədbir proqramı çərçivəsində yerli incəsənət xadimlərənin iştirakı ilə konsert proqramı da təşkil edilib.

Tədbirin təşkil edilməsində əsas səbəblərdən biri və ən önəmlisi xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə dair silsilə tədbirlərə start verilməsi, həmçinin 18 aprel - “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlıdır. Bundan başqa tədbirin təşkilində bir məqsəd isə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yerli əhali arasında təbliği və həmin möhtəşəm tədbirə dəstək xarakteri daşıyır.

Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir və Yevlax şəhər, Tərtər rayonundan olan nümayəndələr də iştirak edib. Tədbirin təşkil məqsədlərindən biri də Azərbaycanın, həmçinin, regionun qədim arxivini, adət-ənənlərini gənc nəsillərə çatdırmaqdır.

Bərdə Rayon Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan bütün müəsisələr, o cümlədən şəhər və kənd uşaq müsiqi, incəsənət məktəbləri, kitabxana və muzey işçiləri, habelə abidə mühafizəçilərinin iştirak etdiyi tədbir seyirçilərin böyük marağına səbəb olub. Beləki burada təşkil edilmiş rəsm, kitab və regionda yerləşən tarxi abidələrdən bəhs olunan məlumat lövhələri və yerli sakinlər tərəfindən tapılmış tarixi əşyaların sərgilənməsi şəhər sakinlərinin asudəliyini daha da səmərəli etməsinə hesablanıb.

Təşkil olunan tədbirdə həmçinin bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına regiondan dəstək də diqqətə çatdırıldı. Tədbirdə diqqəti çəkən məqamlardan biri də, 4-cü İslam Həmrəyli Oyunları ilə əlaqədar şəhərə gələn yerli və xarici turistləri məlumatlandırılması üçün könüllü olaraq bələdçilər müəyyənləşdirilməsi və həmən bələdçilərin geyindikləri köynəklərin üzərində Azərbaycan və ingilis dillərində “Məndən soruş” (Ask Me) devizinin əks olunması oldu.
Bolgexeber.com