BolgeXeber.Com » Xəbərlər » AzTV-nin əməkdaşları tənbeh edildi - Cibuti videosuna görə

AzTV-nin əməkdaşları tənbeh edildi - Cibuti videosuna görə

19-04-2017, 18:26
Oxunub: 1 978 AzTV-nin əməkdaşları tənbeh edildi - Cibuti videosuna görəAZTV-nin iki əməkdaşının Cibutidən paylaşdığı video bir müddətdir ki sosial şəbəkələrdə müzakirə olunmaqdadır

BakiPost.az xəbər verir ki, belə ki, prezident İlham Əliyevin tapşırığına əsasən, aprelin 10-da Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibutiyə humanitar yardım göndərib. Yardımı işıqlandırmaq üçün AZTV əməkdaşları da sözügedən ölkədə olub. Ancaq çəkilişi həyata keçirən operator Namiq Vəliyev və "İdman Azərbaycan” kanalının proqram direktoru Tural Həmidzadə sosial şəbəkədə paylaşdığı videoda Cibuti xalqını ələ salıb. Oranı "kasıbların az olduğu” ölkə kimi dəyərləndirib. Bu cür dəyərləndirmə isə videonu sosial şəbəkədə paylaşanların narazılığına səbəb olub.
Dövlət televiziyasının Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Qafqazinfo-ya açıqlamasında bildirib ki, sözügedən videodan xəbərdardırlar: "Rəhbərlik həmin şəxslərlə söhbət aparıb. Onlar ciddi şəkildə tənbeh ediliblər”.