BolgeXeber.Com » Xəbərlər » Göyçayda lahiyədə iştirak edən şagirdlərdən pul yığılmayıb-Reaksiya

Göyçayda lahiyədə iştirak edən şagirdlərdən pul yığılmayıb-Reaksiya

20-04-2017, 09:25
Oxunub: 2 445 Göyçayda  lahiyədə iştirak edən şagirdlərdən pul yığılmayıb-ReaksiyaLahiyədə iştirak edən şagirdlərin bu ad və soyadda valideynləri yoxdur

Bir müddət əvvəl Bolgexeber.com-da başqa sayta istinadən şikayət ərizəsi dərc olunmuşdur. Şikayət ərizəsində bildirilirdi ki, təhsil şöbəsinin müdiri Elnur İsmayılov rayonda keçrilən bir layihə çərçivəsində şagirdlərdən pul yığılıb.

Yazıda həmçinin qeyd olunur ki, müraciət edən şagirdlərin valideynləri, Qasımov Bəhlul İzzət oğlu, Məmmədov Müşviq Muradxan oğlu, Əliyeva Kəmalə Əsgər qızı, Tanrıverdiyeva Təranə Yusif qızı, Qərhəmanova Sona Davud qızı, İbrahimov Əjdər Xasay oğlu, Alıyev Bəxtiyar Süleyman oğlu, Salahov Kamil Lətif oğlu bildirirlər ki, Elnur İsmayılov Göyçay rayon təhsil şöbəsinin müdiri təyin edildiyi gündən, rayondakı təhsil sistemi bərbad hala düşüb.
Şikayətçilər qeyd ediblər ki, E.İsmayılov hər bir məktəb direktoruna aylıq “haqq” qoyub, tez-tez bayram pulu, tədbir adıyla yığıncaq pulu, məktəb təmirinə pul, süpürgə pulu, iməclik pulu və.s qeyri-qanuni yollarla şagirdlərdən pul toplayır.
Lakin redaksiyamıza Göyçay təhsil şöbəsindən daxil olan məlumatda qeyd olunur ki, lahiyədə iştirak edən şagirdlərdən pul yığılmayıb və lahiyədə iştirak edən şagirdlərin bu ad və soyadda valideynləri yoxdur. Göyçay rayonunda olan məktəblərin heç birində pul yığılmır,yazılanlar isə hamısı yalandır.
Bolgexeber.com