BolgeXeber.Com » Xəbərlər » Qızına 400 minlik toy və narkoman kürəkəni ilə gündəmə gələn azərbaycanlı məmur işdən çıxarılıb?

Qızına 400 minlik toy və narkoman kürəkəni ilə gündəmə gələn azərbaycanlı məmur işdən çıxarılıb?

24-04-2017, 11:51
Oxunub: 2 024 Qızına 400 minlik toy və narkoman kürəkəni ilə gündəmə gələn azərbaycanlı məmur işdən çıxarılıb?Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov işdən çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirib

Q.Şükürov "Ölkə.Az"-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

"İşdən çıxarılmam barədə yazılan xəbərlər yalandır. Yazıblar ki, guya rəhbərlik məni işdən qovub və sairə. Mən nə etmişəm ki, işdən də qovulum? Rəhbərliyin mənə də heç bir iradı və ya töhməti olmayıb. Hazırda işimin, vəzifəmin başındayam. Bu cür məlumatlarla bizi ləkələməyə çalışırlar".

Xatırladaq ki, ötən gün bir sıra saytlarda Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun işdən çıxarılması xəbəri yayılıb.

Yayılan məlumata görə, Qüdrət Şükürov vəzifəsindən kənarlaşdırılıb və rəsmi sərəncam açıqlanacaq.