BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda hər üç vətəndaşdan biri banklardan kredit götürüb

Azərbaycanda hər üç vətəndaşdan biri banklardan kredit götürüb

30-06-2017, 14:45
Oxunub: 2 075 Azərbaycanda hər üç vətəndaşdan biri banklardan kredit götürübRəsmi məlumata görə, hazırda Azərbaycanda 2,4 mln. banka borcu olan şəxs və təxminən 1,1 mln. zamin qeydə alınıb

Bolgexeber.com Contact-a istinadən xəbər verir ki, zaminlər də daxil olmaqla (qanuna əsasən, borc alanın kredit borcunun ödənilməsinə görə zamin də məsuliyət daşıyır), ölkədə 3,5 mln. nəfər bankların borclu siyahısındadır.

Bu da məktəbəqədər yaşda olan uşaqlar istisna olmaqla, məktəblilər, tələbələr, əlillər də daxil ölkənin hər üç vətəndaşından birinin banklardan kredit götürməsi deməkdir.