"İcra başçısı bizi bura yığanda söz verdi ki..." - ŞİKAYƏT
1-07-2017, 13:59
Oxunub: 1 786
Ağdaş sakini Hicran Musayeva 21 ildir ki, evsiz-eşiksiz qalıb
"21 il əvvəl zəlzələ evimizi dağıtdı. Uzun müddət çadırda qaldıq, həyat yoldaşım elə çadırda soyuqdan xəstələndi, sonra da sağalmadı, vəfat etdi. Qızımla qaldım. Uzun yalvarışlardan sonra bizi qəzalı bir tikiliyə yerləşdirdilər. O da başımıza dağılır. Elə bil alnımıza yazılıb ki, həyatımız dağıntılar arasında yaşamaqla keçəcək. Əslində, buna yaşamaq da demək olmur, biz eləcə, nəfəs çəkirik. Ölmək istəsək də, ölə bilmirik, çünki insan həyatı yaşamırıq".
DİA.AZ bildirir ki, Ağdaş sakini Hicran Musayeva 21 ildir ki, evsiz-eşiksiz qalıb. 1996-cı ildə baş verən zəlzələdən evi əşyaları ilə birlikdə alt-üst olub. Elə həyatı da... Evi dağılan ailəni əvvəl çadıra, sonra da dağılmaq üzrə olan başqa bir evə köçürüblər. İndi də bu qəzalı evdə qızı və azyaşlı nəvələriylə hər an uçqun həyəcanı yaşayır: “2002-ci ilin avqustunda icra başçısı bizi bura yığanda söz verdi ki, tezliklə bizə ev tikilib veriləcək. 15 il keçir, hələ də qəzalı taxta evdə yaşayırıq. Azca təkan baş versə, hamımız sınıq-salxaq, ikimərtəbəli, taxta evin altında qalacağıq. Heç olmasa, körpələrə yazıqları gəlsin. Sütunlar, döşəmə, tavan çürük-çürükdür. Ağdaşı bəzəyirlər, bütün binaları üzləyirlər, ancaq gəlib bizim vəziyyətimizlə maraqlanmırlar. 1 ilə yaxındır ki, özüm də insult keçirmişəm. Mən də ölsəm, bu tifillərin halı necə olacaq? Heç olmasa, bunların gələcəyini düşünsünlər, bircə otaq da olsa, versinlər, yığım onları bir ocaq başına, sonra rahat ölüm".
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər