BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün münasibəti ilə konsert proqramı təşkil olunub

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün münasibəti ilə konsert proqramı təşkil olunub

15-07-2023, 09:58
Oxunub: 1 536

Bolgə.TV xəbər verir ki, Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün münasibəti ilə konsert proqramı təşkil olunub

Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə Tərtər Rayon Mədəniyyət Mərkəzinin və Uşaq Musiqi Məktəbinin kollektivlərinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.