BolgeXeber.Com » Xəbərlər » Bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub

Bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub

2-04-2024, 16:54
Oxunub: 904
Bolgə.TV xəbər verir ki, Tərtər rayonunda bir qrup Vətən müharibəsi iştirakçısına  müharibə veteranı vəsiqəsi təqdim olunub

Təqdimetmə mərasimində Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Rayon Təşkilatının sədri Eldar Əsədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov  çıxış edərək bildirib ki, dövlətimiz hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərir. Veteranlar da hər zaman olduğu kimi bundan sonra da dövlətimizin və xalqımızın yanında olacaq.

YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov çıxış edərək veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də hazırda onlar qarşısında dayanan vəzifələrə diqqət çəkiblər. Veteranların gənc nəsil üçün örnək olduğunu, onların İkinci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıblar. 

Sonra 381 nəfər Vətən müharibəsi iştirakçısına vəsiqələr təqdim olunub.
 
Tədbirdə çıxış edən müharibə veteranları hər zaman olduğu kimi bundan sonra da dövlətimizin və xalqımızın yanında olacağını bildirib, onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.