Balakənin icra başçısı Asif Məmmədov seçkiyə müdaxilə edir
8-10-2010, 14:55
Oxunub: 7 179
Başçının qardaşı Lerikdən deputatlığa namizəddir
109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Məhəmməd Nooyevin Seçki Qərargahının rəhbəri Kamran Məhərrəmli bildirib ki, ötən həftə Balakən RİH-nin başçısı Asif Məmmədov icra nümayəndələrini, bələdiyyə sədrlərini yığaraq iclas keçirib. İcra başçısı bildirb ki, imza toplayanlara mane olun, vərəqələri alıb cırın, üstünə çay tökün, imkan verməyin imza toplasınlar. Asif Məmmədov bəzi namizədlərin, eləcə də bəzi nazirlərin ünvanına təqiramiz ifadələr işlədib və tez də səhv etdiyini başa düşərək iclasdakılardan üzr istəyib.
İcra başçısı bildirib ki, yuxarıdan mənə tapşırıblar ki, bu dairədən Rəbiyyət xanım deputat seçilməlidir. Başqalarına imkan verməyəcəm.
Kamran Məhərrəmli bildirib ki, bütün bunlar Balakəndə ciddi narazılığa səbəb olub. Ziyalılar başçının bu hərəkətinə etiraz edir və bildirirlər ki, Asif Məmmədov yaxşı olar ki, öz doğma qardaşı, Lerikdən deputat olmaq istəyən, “Kaspian-Yıldız” şirkətinin nümayəndəsi İqbal Məmmədova məsləhət versin. Camaat danışır ki, necə olur iki qardaşdan biri icra başçısı, o biri deputat ola bilər, amma layiqli insanlar hətta deputatlığa namizəd də ola bilməzlər. Bu biabırçılıq Balakəndə gərginlik yaradıb. Hətta deputatlığa namizəd Mahama Bazarova təzyiq edərək namizədliyini geri götürməyə məcbur ediblər. İcra başçısı oyuncaq namizədləri qeydiyyatdan keçirir. Onlardan biri də orta məktəb müəllimi Kərimət Oynaqovadır. Bir sözlə, icra başçısı Asif Məmmədov seçkilərə biabırcasına müdaxilə edir.
Bu gün isə məlum olub ki, icra başçısının müavini Mamed Şərifov kəndlərdə “onbaşı”, “yüzbaşı” formalaşdırmaqla məşğuldur.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman