Bölgələrdə korrupsiyaya qarşı mübarizə başlayır
7-04-2012, 13:05
Oxunub: 5 644
Yeni layihəyə start verilir
Korrupsiya qarşı Mübarizə Fondu yeni bir layihəyə icrasina başlayır. Bu barədə Publika.Az saytına açıqlama verən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib. Fond direktorunun sözlərinə görə, layihədə məqsəd prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən sonra Azərbaycanda vəziyyətin hansı istiqamətdə dəyişdiyini müəyyənləşdirməkdir.
Layihə çərçivəsində 5000 nəfər sorğuya cəlb olunacaq, nəticələr geniş ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, 2009-2010-cu illərdə vətəndaşların arasında aparılan sorğu nəticəsində ən çox rüşvət alan rəsmi orqanların siyahısı təqdim olunmuşdu.
Vasif Mövsümovun sözlərinə görə, bu ilin may-noyabr aylarında layihə çərçivəsində Azərbaycanın 5 regionunda “qaynar xətt” açılacaq. Həmin bölgələrdə - Şəmkirdə, Qusarda, Cəlilabadda, Sumqayıtda və Ağstafada yerli əhali korrupsiya və rüşvətxorluqla bağlı “qaynar xətt”ə müraciət edə biləcək.
Şikayətləri araşdıran fondun hüquqşünaslar vətəndaşlara hüquqi yardım göstərəcək, lazım gələrsə müraciətlər Baş Prokurorluğun Korrupsiya qarşı Mübarizə İdarəsinə yönəldiləcək.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman