Göyçayda güclü leysan: altı körpü dağılıb
10-07-2012, 11:40
Oxunub: 4 080
Güclü sel elektrik dirəklərini də aşırıb
Azərbaycanın aran rayonlarına yağan intensiv yağış - leysan nəticəsində Göyçaya ciddi ziyan dəyib. Güclü yağışların yaratdığı sel suları Qaraməryəm və ətraf kəndlərdə onlarla yaşayış evini basıb. Kənd təsərrüfatına ciddi zərər dəyib. Onlarla ev heyvanı tələf olub.
Göyçay rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kəndi üzrə icra nümayəndəsi Seymur Qasımov APA-nın yerli bürosuna bildirib ki, güclü yağışlar nəticəsində Qarayazı suvarma kanalı dağılıb. Nəticədə həyətyanı və əkin sahələrini, evləri, tövlələri su basıb. 100-dən artıq yaşayış evinə sel suları dolub. Xeyli sayda toyuq-cücə tələf olub, Yekəxana, Qarayazı, Qaraməryəm və Şahsoltanlı kəndlərində böyük suvarma arxlarının üzərindən keçən 6 avtomobil körpüsü dağılaraq yararsız hala düşüb.
Adıçəkilən kəndləri içməli su ilə təmin edən İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən su anbarına sel suları ziyan vurub. Nəticədə həmin kəndlərin içməli su ilə təminatında problemlər yaranıb. Güclü sel elektrik dirəklərini də aşırıb. Bu səbəbdən həmin kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan başqa, güclü sel səbəbindən gecə saat 01.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsində yol 3 saat bağlı qalıb. Həmin yolun üzərində yerləşən körpü isə qəzalı vəziyyətə düşüb.
Hazırda Göyçay Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər