Nişanlı qız ölüb, 3 nəfər ağır yaralanıb
10-07-2012, 12:10
Oxunub: 4 449
Quba rayonu, Utuq kənd sakini Adıgözəlov Qalib Firəng oğlunun idarə etdiyi “Vilis” markalı avtomaşının təkəri çıxıb və maşın dərəyə yuvarlanıb.
Nəticədə Quba rayonu, Utuq kənd sakini, 23 yaşlı Adıgözəlova Rəmziyyə Firəng qızı dünyasını dəyişib. Onun nişanlısı, Quba rayonu, Utuq kənd sakini, 23 yaşlı Seyidəliyev Söhrab Seyidağa oğlu, Utuq kəndinin digər sakinləri, 1963-cü il təvəllüdlü Adıgözəlov Firəng Abasəlim oğlu və 1960-cı il təvəllüdlü Cəfərov Əmirqulu Əlimurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, qəza zamanı dünyası dəyişən 23 yaşlı Rəmziyyə Adıgözəlovanın iyulun 25-i toyu olacaqmış. Qəza onlar Quba rayonundan cehiz alaraq Utuq kəndinə qayıdarkən baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər