Şabranda sel fəlakəti, insanlar köməksiz qalıb
17-07-2012, 14:30
Oxunub: 4 140
Hadisə yerinə xilasetmə qüvvələri, o cümlədən 2 “KAMAZ” cəlb olunub.
Ötən günü yağan güclü yağış nəticəsində yaranan sel Şabran rayonu, Çuxurazəmi kəndi yaxınlığında “İstisu” adlanan əraziyə gedən yolu bağlayıb. Adıçəkilən ərazidə çox sayda insan köməksiz vəziyyətdə qalıblar. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, müvafiq xilasetmə qüvvələri, o cümlədən “KAMAZ” markalı 2 yük avtomobili hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yol güclü yağışlar nəticəsində yaranan sel sularının dağlardan gətirdiyi töküntülərlə (lil, daş və qaya parçaları və s.) örtülüb. Aidiyyəti qurumlarla birgə yol töküntülərdən təmizləmiş, avtomobillərin hərəkəti bərpa olunub.
ANN.Az
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər