BolgeXeber.Com » Bölgə » Azərbaycanda ağır yol qəzası: sürücü öldü, 3 nəfər yaralandı

Azərbaycanda ağır yol qəzası: sürücü öldü, 3 nəfər yaralandı

19-07-2012, 13:20
Oxunub: 4 023 Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 105-ci km-liyində, Oğuz rayonu ərazisində qəza baş verib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki,Qəza nəticəsində Sultanov Kamran Darab oğlunun idarə etdiyi 90 CD 768 dövlət nömrə nişanlı "Şevrole Laçetti" markalı avtomobil Məmmədəliyev İlqar Məmmədəli oğlunun idarə etdiyi 10 XG 971 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü ilə yanaşı, avtomobildə olan 3 nəfər sərnişin də müxtəlif dərəcələri bədən xəsarətləri alıb. Xəsarət alanlardan biri Şəki Mərkəzi Rayon Xəstəxanasına, digərləri isə Oğuz Rayon Xəstəxanasına aparılıb. İlqar Məmmədəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı zərbə güclü olduğundan VAZ markalı avtomobil aşıb.

Şahidlərin sözlərinə görə, qəzanın yaranmasına səbəb VAZ-2106 olub.