BolgeXeber.Com » Bölgə » Separatçıların "seçki şou"sunun nəticələri açıqlandı

Separatçıların "seçki şou"sunun nəticələri açıqlandı

20-07-2012, 11:45
Oxunub: 4 700 Dağlıq Qarabağdakı qondarma rejimdə keçirilən “prezident seçkiləri”nin qalibi məlum olub.

Bolgexeber.com-un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, DQR-in ərazi seçki komissiyaları tərəfindən təqdim edilən protokolların nəticəsi onu göstərib ki, seçkilərdə qondarma rejimin hazırkı prezidenti Bako Saakyan qalib gəlib. Separatçı rejimin MSK-sının məlumatında göstərilir ki, Vitali Balasanyan 22.966 səs (32.50%), Bako Saakyan 47. 085 (66.70%), Arkadi Soqomonyan isə 594 səs (0.80%) toplayıb.

Dünən keçirilən seçkilərdə 72. 833 seçici, səsvermə hüququ olan əhalinin 73.4%-i iştirak edib. Namizəd Vitali Balasanyanın seçkiqabağı qərargahı isə bir sıra qanun pozuntuları ilə bağlı MSK-nı xəbərdar edib.