BolgeXeber.Com » Bölgə » Qubada Milli Mətbuat Günü qeyd olundu - FOTOLAR

Qubada Milli Mətbuat Günü qeyd olundu - FOTOLAR

21-07-2012, 18:45
Oxunub: 5 264 Rayon rəhbərliyi 22 iyul Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi

Bolgexeber.com-un verdiyi məumata görə, Quba rayon Icra Hakimiyyətinin başçısı Mübariz Ağayev RİH işçiləri, yüksək vəzifəli rayon rəsmiləri və ziyalıları, eləcə də mətbuat nümayənədələri ilə birlikdə 22 iyul Milli Mətbuat Günü münaisbəti ilə birlikdə rayonda yerləşən Heydər Əliyev Parkına baş çəkərək, Ulu Öndər Heydər Əliyevin orada olan abidəsinin qarşısına gül dəstələri qoyublar.

M.Ağayev abidənin önündə çıxış edərək, rayonun və ölkənin həyatında mətbuatın oynadığı roldan, milli mətbuatın inkişafında Ümummilli Liderin və onun layiqli davamçısı İlham Əliyevin xidmətlərindan söz açdı.

O qeyd etdi ki, bölgələrdə məlumatların düzgün və şəffaf işıqlandırılmasında vicdanlı jurnalistlərin rolu əvəzsizdir.

"Amma təəssüflər olsun ki, ölkəmizdə başqa maraqlara xidmət edən jurnalistlər də var. Lakin həqiqət və ədalət hər zaman öz sözünü deyir, odur ki, biz dürüst qələm sahiblərimizə güvənərək, öz vəzifəmizin öhdəsindən daha məsuliyyətlə gəlməyə çalışırıq. Əgər hansısa məmur işində xətalara yol verirsə, mətbuata ayna kimi baxmalı, öz səhvlərini düzəltməlidir. Təbii ki, mətbuat xadimlərimizin də üzərinə bizə daha dürüst ayna, yəni qərəzsiz mətbuat təqdim etmək kimi ali vəzifə düşür. Həsən Bəy Zərdabi yolunun davamçıları kimi, jurnalistlərimizin borcudur ki, sağlam nəslin formalaşmasında iştirak etsinlər, cəmiyyətimizi Azərbaycançılıq ideyaları çərçivəsində maarifləndirsinlər", - deyə rayon rəhbəri vurğuladı.

Çıxış edən digər ziyalılar və rayonun müxtəlif orqanlarının rəhbərləri də, öz çıxışlarında mətbuatın rolunu və dövlət qayğısı nəticəsində inkişafını qeyd etdilər.

Daha sonra rayonun mərkəzi meydanında mətbuat işçilərinin şərəfinə konsert proqramı təşkil olundu, tədbirə rayon sakinlərinə Milli Mətbuat günü və mətbuatın inkişafı istiqamətində ölkədə görülmüş işlərhaqqında geniş məlumat verildi.

Peyman Sadiqov