BolgeXeber.Com » Bölgə » Masallıda Milli Mətbuat Günü qeyd edildi

Masallıda Milli Mətbuat Günü qeyd edildi

23-07-2012, 11:05
Oxunub: 5 118 Masallı rayon rəhbərliyi 22 iyul Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi.

Bogexeber.com-un verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, o cümlədən ziyalılar və media nümayəndələrinin bir araya gəldiyi tədbirdə, mətbuat xadimlərinin şərəfinə çay və meyvə süfrəsi açılıb.

R.Hüseynov qeyd edib ki, bir rayon rəhbəri kimi, bölgə jurnalistlərinin fəaliyyətini yüksək dəyərləndirir, onların rayon ərazisində rahat işləməsi və araşdırma aparması üçün şəraitin yaradılmasını, onların təhlükəsizliyinin təminatını vacib hesab edir.

Masallı RİH başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev cənablarının mətbuatın inkişfaında göstərdiyi xidmətlər qiymətləndirilməlidir.

"Ölkə rəhbərliyi tərəfindən mətbuata göstərilən yüksək qayğı, bu gün göz önündədir. Biz dövlət qulluqçularının və siz jurnalistlərin borcudur ki, bu qayğının reallaşmasında nöqsanlar irtaya çıxmasın, vətəndaşların problemləri və məmurların nöqsanları dürüst və vicdanla işıqlandırılsın, istənilən məsələ öz həllini vaxtında tapsın", - deyə Rafil Hüseynov söyləyib.

İcra hakimiyyətinin başçısı bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ölkədə həyata keçirdiyi qlobal layihələr Azərbaycanın sürətli inkişafına təkan verir. "

Möhtərəm Prezidentimizin qayğısı sayəsində Masallıda da böyük işlər görülür, xalqın həyat səviyyəsi yüksəlir. Rayonda qaz, işıq, yol, infrastrukturları yüksəldilmiş, təhsil obyektləri, səhiyyə ocaqları, mədəniyyət və idman müəssisələrinin tikintisinə önəm verilmiş, yüksək səviyyədə abadlıq-quruculuq işləri görülür və hal hazırda da rayonumuzda su kanalizasiya xətlərinin çəkilməsini göstərmək olar".

“Lider” telekanalının bölgə müxbiri Asəf Ayazoğlu, “İnsan hüquqları” qəzetinin redaktoru İlham İbadov, “ANS” telekanalının bölgə müxbiri Esmira İsmayılova, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri Seyran Cavadov və Əlisafa Həsənov, “Trend” və “Cənub TV” – nin əməkdaşı Pərvanə Əliyeva, “Yeni həyat” qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları çıxış etmiş, mətbuata və mətbuat işçilərinə göstərilən dövlət dəstəyindən danışıblar.

Tədbirdə bayram münasibətilə jurnalistlərə mükafatlar təqdim olunub.


Peyman