BolgeXeber.Com » Bölgə » Bakı-Astara yolunda qəza: xəsarət alanlar var

Bakı-Astara yolunda qəza: xəsarət alanlar var

23-07-2012, 12:25
Oxunub: 4 676 Bakı-Astara yolunda iki avtomobil toqqşub, xəsarət alanlar var.

Bolgexeber.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Masallı rayonun Təzə Alvadı kəndi yaxınlığında baş verən qəzada "90-AE-389" dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil sürətlə hərəkət zamanı yoldan çıxaraq qarşı tərəfdən gələn və "10-CA-060" dövlət nömrə nişanlı su maşını ilə toqquşub. İki nəfər xəsarət alıb, xəstəxanaya çatdırılıblar.

Hadisə yerində DYP əməkdaşları var, araşdırma aparılır.