BolgeXeber.Com » Bölgə » Kürdəmirdə hərbçi ailəsini evsiz qoydular

Kürdəmirdə hərbçi ailəsini evsiz qoydular

1-08-2012, 11:55
Oxunub: 4 506 Rayon sakini Nabat Əsgərova evinin qaunsuz zəbt olunmasından şikayətləndi

Kürdəmirdə yerləşən hərbi şəhərcikdə evinin əlindən alındığını iddia edən ağbirçək rayon sakini Nabat Əsgərova Bolgexeber.com saytına bildirib ki, vaxtilə onun hərbçi olmuş mərhum həyat yoldaşı Çingiz Əsgərova verilən mənzili Kürdəmir RİH Memarlıq şöbəsinin müdiri Sarif Əsgərovun qardaşı Arif Əsgərov zəbt edib. N.Əsgərova qeyd etdi ki, o, S.Əsgərova müraciət etsə də, sərt cavab alıb: “Get, Müdafiə Nazirliyinə şikayət elə, evi sənə qaytaran olmayacaq”. Beləliklə, yaşlı qadın bu özbaşınalıq ucbatından evsiz qaldığını deyir. Nabat Əsgərova vurğuladı ki, məsələ ilə bağlı Prezident Administrasiyasına şikayət etməyə hazırlaşır.


Məsələ ilə bağlı S.Əsgərovla əlaqə saxladıq, həmin qadının ruhi xəstə olduğunu dedi və bizi Nabat Əsgərovaya inanmamağa çağırdı.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini və suallarımıza cavablarını işıqlandırmağa hazırıq.