BolgeXeber.Com » Bölgə » Kürdəmir rayon rəhbərliyindən açıqlama gəldi

Kürdəmir rayon rəhbərliyindən açıqlama gəldi

1-08-2012, 17:05
Oxunub: 4 377 Kürdəmir RİH başçısının müavini şikayətçi Nabat Əsgərovanı dinləməyə hazır olduğunu dedi

Bu gün saytımızda Kürdəmir rayon sakini Nabat Əsgərovanın Kürdəmirdəki hərbi şəhərvikdə olan evinin Kürdəmir RİH Memarlıq Şöbəsinin müdiri Sarif Əsgərovun qardaşı Arif Əsgərov tərəfindən zəbt olunması barədə şikayəti dərc olunmuşdu.

N.Əsgərova iddia edir ki, onun mərhum həyat yoldaşı Çingiz Əsgərova verilmiş mənzil qanunsuz zəbt olunub və Sarif Əsgərov da onu qovaraq "get hara şikayət edirsən et" deyib. Bolgexeber.com-un əməkdaşları Kürdəmir rayon icra başçısının müavini Vasif Məmmədovla əlaqə saxlayıb. Vasif Məmmədov saytımıza bildirib ki, Nabat Əsgərova RİH-ə müraciət etməyib: "Əgər xanım bizə müraciət etsə, biz problemi araşdırıb həll etməyə çalışarıq. "