BolgeXeber.Com » Bölgə » Neftçalada 15 yaşlı qız ailəsi tərəfindən zorlandı-ŞOK

Neftçalada 15 yaşlı qız ailəsi tərəfindən zorlandı-ŞOK

1-08-2012, 18:05
Oxunub: 5 843 Haqqında söhbət açacağımız hadisə Neftçala rayonunda baş verib

Əvvəlcədən bildirək ki, bu dəhşətli zorlama cinayəti bir ailənin içində törədilib. Hadisənin ağırlığı və ailə sirrinin qorunması məqsədilə cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti göstərilib.

Neftçala rayon sakini, 15 yaşlı Səbinə mütamadi olaraq atası R. N. və əmisi Z. N. tərəfindən seksual zorakılığa məruz qalıb. Ata və əminin 15 yaşlı anasız qızın başına açdıqları iyrənc oyunlar bir ildən çox davam edib. Hələ bu harasıdır? İbtidai istintaq zamanı ifadə verən Səbinə bakirəliyinin qardaşı tərəfindən pozulduğunu söyləyib. Yəni, atası və əmisindən qabaq qardaşı ona təcavüz edib.

Qardaşı tərəfindən zorlanan bacı

Səbinə atası və qardaşı ilə birlikdə rayonda yaşayıblar. Anasını itirimiş Səbinə atasının və qardaşının qulluğunda dururmuş. Günlərin birində özündən 3 yaş böyük olan qardaşı T. N. hamamda çimərkən onu zorlayır. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən qızcığaz qorxusundan bu barədə heç kimə bir söz demir. T. N. hərbi xidmətə yollananadək bacısını bir neçə dəfə zorlayır. Qardaşından canını təzəcə qurtarmış 15 yaşlı qız sonra da atasının hədəfinə çevirilir…

Qızının bakirə olmamasını “namusuna” sığışdırmayan ata

…Günlərin birində azyaşlı Səbinəyə atası Z. N.-nin gözü düşür. Evin təmiz olmamasını bəhanə gətirən ata qızını döyməyə başlayır. Bu zaman Səbinənin əynindəki paltar cırılır. Qızının çılpaq bədəni “ata”nın “ağlı”nı başından alır. O, doğma qızını zorlayır. Səbinə çox çalışsa da, müqavimət göstərə bilmir. Z. N. qızının bakirə olmadığını görür. Onu yenidən döyməyə başlayır. İlk dəfə kiminlə olduğunu soruşur. Lakin azyaşlı qız qorxusundan heç nə demir. Atası yenə də onu döyməyə başlayır. Və beləliklə, atanın doğma qızını zorlaması mütamadi olaraq davam edir. Qızının bakirə olmaması Z. N.-nin əlində bir bəhanəyə çevirilir.

Zorlama növbəsi əmiyə çatdı

Bir neçə müddət sonra Z. N.-nin həbsdə olan qardaşı R. N. azadlığa çıxır və onlara gəlir. Qardaşıgildə yaşayan R. N. heç bir işlə məşğul olmur. Həbsdən əvvəlki tüfeyli həyatına davam edir. Günlərin birində R. N. rayon mərkəzindən evə gələrkən qardaşının mənzilindən ağlamaq səsi gəldiyini eşidir. Astaca içəri daxil olan R. N. qardaşının Səbinəni zorladığını görür. Lakin o, qapı araxasından qardaşının bu iyrənc hərəkətinə baxaraq, heç bir söz demədən bayıra çıxır. Z. N.-nin başı qızını zorlamağa qarışdığından R. N.-nın gəlib-getdyinin fərqinə varmır.

R. N. axşamüstü evə qayıdır. Bu barədə nə Z. N.-ə, nə də Səbinəyə bir söz demir. Sən demə R. N.-nın da öz planı varmış. O, Səbinənin evdə tək olacağı anı gözləyir. Qardaşının rayon mərkəzinə getdiyini bilən R. N. fürsətdən istifadə edərək qardaşı qızını yatdığı yerdəcə zorlayır.
Atası və əmisi tərəfindən seksual xarakterli zorakılığa məruz qalan Səbinə zorlanan zaman artıq müqavimət göstərmirdi. O, başına gətirilənləri nə bir qohumuna, nə də qonşusuna danışa bilməzdi.

Qardaş, ata, əmi və zavallı qız…

Günlərin birində Z. N. qardaşı R. N.-nın qızı Səbinə ilə cinsi əlaqədə olmasının şahidi olur. Bundan çox qəzəblənən Z. N. qardaşını hədələməyə başlayır. Lakin R. N. bu hədələrə məhəl qoymur. Səbinə ilə aralarındakı “münasibəti” davam etdirir. Qızını qardaşına “qısqanan” ata polisə üz tutur. O, qardaşının qızı Səbinəni zorlaması ilə bağlı polisə şikayət edir. Z. N. fikirləşir ki, qızı atasını satmayacaq, əmisi əvvəllər də həbsdə olub, bu cinayəti onun həbsə geri qayıtması üçün əsas olacaq. O da qızını zorlamağa davam edəcək….

Qızına təcavüz edilməsini “qeyrətinə” sığışdırmır və…

Polis tərəfindən dindirilən Səbinə atası və əmisi tərəfindən mütamadi olaraq zorlandığını bildirir. Səbinənin ifadəsi əsasında ata və əmi həbs olunur.

İbtidai istintaqın gedişində Səbinə daha bir faktın üstünü açır. O, ilk dəfə olaraq qardaşı tərəfindən zorlandığını söyləyir. Qardaşı hərbi xidmətdə olduğundan onun barəsində müvəqqəti olaraq tədbir görmək mümkün olmur. Ata ilə əminin cinayət işi birlikdə məhkəməyə göndərilir.
Məhkəməyə verdiyi ifadəsində Z. N. qızının əxlaqsız yola düşdüyünə görə onu cəzalandırdığını bildirir. O, Səbinənin qardaşına şər atdığını söyləyir. Ata deyir ki, qızı ilk dəfə öz oğlu ilə yox, başqası ilə cinsi əlaqədə olub.

Məhkəmədə ifadə verən R. N. qardaşı qızını zorlamadığını bildirib. R. N. deyib ki, qardaşı qızının istəyi ilə cinsi əlaqədə olub.

Səbinə məhkəmə ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, məhkəmədə əvvəlcə qardaşı tərəfindən cinsi zorakılığa məruz qaldığını qeyd edib. Onun sözlərinə görə, qardaşı hərbi xidmətə gedəndən sonra atası və əmis tərəfindən seksual xarakterli zorakılıqlara məruz qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. N. 15 il, Z. N. isə 14 il müddətinə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə azadlıqdan məhrum ediliblər. Səbinəni ilk dəfə zorlayan qardaşı barəsində isə cinayət işi isə ayrı icraatda aparılıb.