BolgeXeber.Com » Bölgə » DİN-dən açıqlama gəldi

DİN-dən açıqlama gəldi

1-08-2012, 21:50
Oxunub: 5 211 Daxili İşlər Nazirliyi Kürdəmirdə olan olayla bağlı açıqlama verdi

Bir neçə gün bundan əvvəl nsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının sədri Rasim Əlizadə Kürdəmir Rayon Polis Şöbəsindən şikayətçi olmuşdu.


R.Əlizadə Bolgexeber.com-a bildirdi ki, müdafiəçisi olduğu Əliyar Əliyevin şəxsi əmlakı hesab olunan “Niva” markalı 90 HE 133 dövlət nömrə nişanlı avtomobil Kürdəmir rayon sakini Bəhmən adlı şəxs tərəfindən qeri-qanuni olaraq girov götürülüb.
Olay ilə bağlı araşdırma aparan Bolgexeber.Com saytı Daxili İşlər Nazirliyindən məsələyə aydınlıq gətirilməsinə nail olub.
DİN-də şöbə rəisi ı Orxan Mansurzadə bildirdi ki, Ə.Əliyevin adına olan avtomobil etbiarnamə ilə Azər Şükürov adlı vətəndaş tərəfindən idarə olunub və o,biznes şəriki Abdulun adı hallanan Bəhman adlı şəxsə olan 7 min borcu müqabilində, inam olsun deyə həyətində saxlayıb və qısa müddətdə borcu qaytarmağı vəd edib.
“Lakin burada hər hansı zorla girov alma faktından söz gedə bilməz. Vətədnaşa qarşı hər hansı zor tətbiq olunmayıb, Kürdəmir RPŞ-ə dəvət olunaraq məsələ araşdırılıb, qarşı tərəfin də izahatı alınıb”.
Saytımızın son dəqiqələrdə aldığı məlumata görə, avtomobil sahibinə geri qaytarılıb, məsələ ilə bağlı təhqiqat işləri davam edir.