BolgeXeber.Com » Bölgə » Bakı-Quba yolunda avtomobil körpüyə çırpılıb, xəsarət alan var

Bakı-Quba yolunda avtomobil körpüyə çırpılıb, xəsarət alan var

2-08-2012, 10:45
Oxunub: 4 441 Şabran rayonunda, Bakı-Quba yolunun 115-ci kilometrliyində "MAN" markalı yük avtomobili körpüyə çırpılıb.
Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəzada sürücü xəsarət alıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.