BolgeXeber.Com » Bölgə » İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
4-09-2023, 18:51
Oxunub: 3 656
Bolgə.TV xəbər verir ki, İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyevlə birlikdə yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub.
Məlumat üçün bildiririk ki, respublika Prezidentinin sərəncamı ilə ötən il 432 şagird-yerlik Xoruzlu kənd tam orta məktəbi istifadəyə verilib. Yeni tədris ilində isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird-yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird-yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün tikilən yeni binalarda artıq son tamamlanma işləri başa çatıb.
Rayon rəhbəri şəhər 3 nömrəli, Balakəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərində Təhsil Nazirliyi tərəfindən aparılan təmir işləri ilə tanış olub və görülən işlərlə bağlı öz tapşırıq və tövsiyələrini verib.
Məktəb direktorları təhsilə, onun maddi texniki bazasının möhkəmləndiriməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Çox Oxunanlar
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 26-09-2023, 17:46 : Çay Üzü kəndinə təbii qaz verilib
Xəbərlər / Ölkə
- 26-09-2023, 09:43 : Qənirə Paşayevanın son durumu açıqlandı
Xəbərlər / Ölkə
- 12-09-2023, 18:00 : Messi 11 milyona villa aldı
İdman / Xəbərlər
- 15-09-2023, 18:48 : Tərtərin Azad Qaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib
Bölgə / Xəbərlər
- 30-09-2023, 18:18 : Ermənistandan açılan snayper atəşi: şəhidimiz var - MN
Xəbərlər / Ölkə