Şuşa turizm paytaxtı seçildi
5-10-2023, 17:12
Oxunub: 4 664
Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilib.
Bolgə.TV xəbər verir ki, bu haqda qərar təşkilatın 4-5 oktyabrda İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında qəbul edilmiş Ərdəbil Bəyannaməsində yer alıb.
Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbir çərçivəsində üzvlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair müzakirələr keçirilib.
Tədbirdə turizm sektoru sahəsində qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan, Əfqanıstan və İranın daxil olduğu təşkilata ölkəmiz 1992-ci ildən üzvdür.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər