Şirvanda marifləndirmə tədbiri keçirilib
14-11-2023, 16:06
Oxunub: 1 544
Bolgə.TV xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O, bildirib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur. Siz gənclər isə belə hallardan uzaq durmalı, parlaq gələcəyiniz üçün bütün bilik və bacarıqlarınızı təhsilinizə yönəltməlisiniz.
Daha sonra erkən nikahların fəsadları barədə çıxış edən digər iştirakçılar, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes