BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri Sahib Alıyevlə birlikdə birinci Qarabağ müharibəsi şəhidi Hafiz Səfərovun ailəsini ziyarət edib
Rayon rəhbəri Sahib Alıyevlə birlikdə birinci Qarabağ müharibəsi şəhidi Hafiz Səfərovun ailəsini ziyarət edib
11-03-2024, 12:35
Oxunub: 5 832
Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə birinci Qarabağ müharibəsi şəhidi Hafiz Səfərovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə rayonun Xoruzlu kəndində birinci Qarabağ müharibəsi şəhidi Səfərov Hafiz Xosrov oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhidi Səfərov Hafiz Xosrov oğlu 1970-ci il may ayının 13-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib. 1988-ci ilin may ayından 1990-cı ilin may ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kəndlərində kolxozda işləyirdi. Erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün 1992-ci ilin avqust ayında təkrar hərbi xidmət etmək üçün Milli Ordu sıralarına gedib. Ağdərə ərazisində döyüşlərdə iştirak edib. Erməni işğalçılarından doğma torpaqlarımızın təmizlənməsi uğrunda gedən döyüşlər zamanı 1992-ci il sentyabr ayının 1-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndində şəhid olub. Subay idi.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 11-01-2025, 17:53 : Bu türk məşhurlarının evləri yandı
Şou-Biznes / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 7-01-2025, 13:16 : İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bölgə / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 8-01-2025, 16:25 : Kerimcan Durmaz həbs olundu
Şou-Biznes
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman