BolgeXeber.Com » Bölgə » İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər

İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər

5-03-2024, 14:57
Oxunub: 3 496

Bolgə.TV xəbər verir ki, İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər


Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər şəhərində  Birinci Qarabağ Müharibəsi şəhidi Hətəmi Vüqar Mədət oğlunun anası Əzizova Sitarə Məhəmməd qızını 70 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid anasının qayğıları ilə maraqlanıblar.


İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdükləri üçün təşəkkür edib, torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

Milli Məclisin deputatı Sahib Alıyev də şəhid anasını təbrik edərək, ona can sağlığı və səbr diləyib. O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə Milli ordumuzun hərbçilərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin də  qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan  azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, şəhid Vüqar Hətəmi 1972-ci il dekabr ayının 15-də Tərtər şəhərində anadan olmuşdur. Orta və peşə təhsilini şəhər 5 №-li orta və 96 №-li Texniki Peşə Məktəblərində almışdır. 1990-cı ilin dekabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. SSRİ dağıldıqdan sonra hərbi xidmətini yarımçıq qoyaraq 1992-ci ilin may ayında vətənə qayıdıb hərbi xidmətini Milli Ordu sıralarında davam etdirmişdir. "Tərtər özünümüdafiə batalyonu"nun tərkibində Ağdərə bölgəsinin erməni işğalçılarından təmizlənməsində fədakarlıqlar göstərmişdir. 21 sentyabr 1992-ci il tarixdə Çardaqlı kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. 


Subay idi. Tərtər rayonunun Buruc kənd qəbiristanlığında dəfn edilib.


Şəhidin ailə üzvləri qonaqlarla  Vüqarla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.