BolgeXeber.Com » Şou-Biznes » Dünya şöhrətli aktyor vəfat etdi

Dünya şöhrətli aktyor vəfat etdi

25-10-2023, 17:39
Oxunub: 3 136

Dünya şöhrətli afrika əsilli amerikalı aktyor Riçard Roundtri dünyasını dəyişib.

Bolgə.TV xəbər verir ki, bu barədə aktyorun meneceri Patrik McMinn məlumat verib.

81 yaşlı aktyor uzun müddət idi ki mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.

Roundtrini təmsil edən agentliyin bəyanatında deyilir: "Onun təməlqoyma karyerası bütün dünyada əyləncənin simasını dəyişdi və onun qalıcı mirası gələcək nəsillər üçün hiss olunacaq. Ürəyimiz onun ailəsi ilə birlikdədir".

O, “Shaft”, “Seven”, “The Love Boat”, “MacGyver” və s. kimi bir çox layihələrdə yer alıb.

Qeyd edək ki, 50 ildir aktyorluq edən Richard Roundtri 1971-ci ildə yayımlanan “Detektiv Con Şaft” rolu ilə ilk qaradərili döyüş qəhrəmanı olub.