BolgeXeber.Com » Şou-Biznes » Dilan Polat və əri saxlanıldılar

Dilan Polat və əri saxlanıldılar

1-11-2023, 11:00
Oxunub: 2 400

Çirkli pulların yuyulması iddiaları ilə gündəmə gələn türkiyəli sosial media fenomenləri, eyni zamanda, iş adamları olan Dilan Polat və həyat yoldaşı Engin Polat İstanbulda keçirilən əməliyyatla saxlanılıblar.

Polat cütlüyü ilə yanaşı, bir sıra digər şübhəli bilinən şəxslər də polis bölməsinə aparılıblar.

İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları tərəfindən saxlanılan Polat cütlüyü, həmçinin Beyza Ekici, mühasib Ahmet Gün, Sezgin Polat, Kürşat Polat və digərləri Bayrampaşa Dövlət Xəstəxanasında müayinə olunublar.

Polat cütlüyü xəstəxananın girişində mətbuat nümayəndələrinin suallarını cavabsız qoyub.

“İfadəmizi verəcəyik, o qədər”, - deyə Dilan Polatın bacısı Sıla Doğu reaksiya verib.

Şübhəlilərlə bağlı polis bölməsindəki əməliyyatlar davam etdirilir.