BolgeXeber.Com » Şou-Biznes » Bloger Asyanın son durumu necədir?

Bloger Asyanın son durumu necədir?

18-12-2023, 10:50
Oxunub: 3 136

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın vəziyyəti pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.


Bolgə.Tv xəbər verir ki, bu barədə bloger Ramal İsayev məlumat yayıb.

"Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar", - o bildirib.

Xatırladaq ki, dekabrın 16-da bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.