Məşhur aktrisanın kartından pul oğurlandı
20-01-2024, 09:31
Oxunub: 3 232
Aktrisa Ülviyyə Xəlilbəyli iddia edir ki, dələduzluq halı ilə rastlaşıb.
Ondan təzə aldığı kart hesabından özünün də xəbəri olmadan pul çıxılıb.
Aktrisa sonradan həmin karta müəyyən məbləğdə pul yatırıb:
“Kartımın istifadə müddəti bitmişdi, bank mənə ödənişsiz, hədiyyə olaraq kart verdi, Dedilər ki, artıq sistem belə işləyir. Kartı götürdüm, haradasa 1 ay yarım olardı istifadə etmirdim. Ayın 15-i haradasa saat 16:27-də prosesi yerinə yetirdim. 16:52-də kartımdan pul çəkildi. Buna görə də banka müraciət etdim. Dedilər ki, bəs, bu dələduzluq hadisəsidir və sizin kartınız ancaq bloklanmalıdır. Ola bilər ki, 14 gün ərzində pulu geri qaytaraq və yaxud da ki, heç qaytarmayaq, bu, bizdən asılı olan səbəb deyil”, - deyə aktrisa qeyd edib.
Məsələ ilə bağlı Banklar Asossiasiyasından bildirildi ki, belə halla rastlaşdıqda, dərhal banka müraciət olunmalıdır.
Vəkil Babək Həmidov isə deyir ki, əgər bu hal kart sahibinin öz səhlənkarlığı ucbatından baş veribsə, məsuliyyəti elə özü daşıyır.
Məsələ ilə bağlı İT mütəxəssisi Rövşən Əkbərov bildirdi ki, bu kimi hallarla üzləşməmək üçün, kartı alan kimi içinə məbləğ qoymadan öncə “3D” təhlüksizlik funkisyasını aktiv etmək, gündəlik xərcləməyə limit təyin etmək lazımdır
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər