BolgeXeber.Com » Şou-Biznes » Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama

Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama

21-02-2024, 10:27
Oxunub: 2 208

Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.


Bu barədə Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yaydığı açıqlamada bildirib.

"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım xidməti göstərilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Kamil Zeynallı rəsmi İnstaqram səhifəsində açdığı canlı yayımda Moskvadan qayıdarkən aeroportda saxlanıldığını bildirib. Buna səbəb kimi Ermənistanın onu beynəlxalq axtarışa verməsi göstərilib. O deyib ki, bu gün məhkəməyə çıxarılacaq.