BolgeXeber.Com » Şou-Biznes » Türkiyəli aktyor faciəvi şəkildə öldü

Türkiyəli aktyor faciəvi şəkildə öldü

6-03-2024, 16:32
Oxunub: 1 776

Türkiyəli aktyor Efe Deprem vəfat edib.


Bolgə.TV xəbər verir ki, ötən gecə 41 yaşlı aktyorun motosikleti baryerə çırpılıb.

O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Deprem aktrisa Burcu Altınla evli idi. Onların bir övladı var.

Əlavə edək ki, mərhum aktyor bir çox film və serialda rol alıb. O, "Səksənlər"in Zəfəri kimi tanınırdı. Aktyorun xanımı Burcu da sözügedən serialda onunla birgə rol alıb.