BolgeXeber.Com » Sosial » ATV-də rüşvət öz təsdiqini tapdı - Foto

ATV-də rüşvət öz təsdiqini tapdı - Foto

29-04-2014, 11:05
Oxunub: 4 666 “Bəli, bu xəbər doğrudur. Bu, gizlin deyil, açıq-aşkardır. Biz əvvəlcədən müqaviləyə qoy çəkirik. 600 manat iştirakçının səhnəyə çıxışı zamanı geyiminə və saçına sərf olunacaq”. Bu sözləri “Axar.az”a ATV-də yayımlanan “Azərbaycanın səsi” verilişinin iştirakçılarından biri deyib. Onun sözlərinə görə, bu pul müqavilədə də öz əksini tapır. “Ancaq sponsorlarla necə müqavilə bağlanıb və onlar iştirakçıların geyim və saç dizaynını nəzərə alıblarmı və s. suallara mən cavab verə bilmərəm”. “Azərbaycanın səsi” layihəsinin rəhbəri olan türkiyəli Kənan İçtən isə bu suallara yalnız ATV-nin cavab verməli olduğunu söylədi: ATV kanalı ilə əlaqə saxlayın. Mənim suallara cavab verməyə vaxtım yoxdur”. ATV rəhbərliyi və departamentləri isə bu layihənin onlarab aid olmadığını, bütün məsuliyyətin layihənin icraçılarının üzərinə düşdüyünü söylədi. Xatırladaq ki, “Azərbaycanın səsi” yarışmasının iştirakçıları seçim turuna qatılmaq istəyənlərdən 600 AZN rüşvət yığıldığını sosial şəbəkədə öz profillərindən paylaşıblar. Bildirilir ki, əgər münsiflər həmin şəxsi seçsələr, o zaman ödənilmiş məbləğ geri qaytarılmır. Yarışda seçilməyənlərə isə həmin məbləğin 500 manatı qaytarılır.