BolgeXeber.Com » Sosial » Nəsimi rayonunun bu küçəsini su basıb-Şikayət (FOTOLAR)

Nəsimi rayonunun bu küçəsini su basıb-Şikayət (FOTOLAR)

2-05-2014, 06:40
Oxunub: 4 577 Küçəni su basıb tədbir görən yodur

Bolgexeber.com bildirir ki, dünən Bakının Nəsimi rayonunun Namiq Məlikov küçəsində ərazidən keçən su borusunun partlaması nəticəsində küçəni su basıb. Bu barədə məlumatı Bolgexeber.com-un redaksiyasına adıçəkilən küçənin sakinləri veriblər. Sakinlərin Bolgexeber.com-a bildirdiyinə ərazini su basdığından küçədə gediş-gəliş dünəndən bəri xeyli çətinləşib.Maraqlıdır ki, sakinlərin dediyinə görə partlayan su borusu təzəlikcə təmir edilib.Buradan isə belə nəticə çıxartmaq olar ki, təmirə ayrılan büdcə pulları sadəcə göyə sovrulub.Sakinlər haqlı olaraq müvafiq qurumları onların bu probleminə laqeyd yanaşmaqda və heç bir tədbir görməməkdə günahlandırırlar. Bolgexeber.com-un əməkdaşının su basan həmin küçədən çəkdiyi fotoları təqdim edirik.