BolgeXeber.Com » Sosial » Şirkətdə böyük məbləğli korrupsiya faktı

Şirkətdə böyük məbləğli korrupsiya faktı

17-05-2014, 00:10
Oxunub: 3 820 Azərbaycanda fəaliyyət göstərən Latviya şirkətində korrupsiya faktı aşkar edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bolgexeber.com-a verilən məlumata görə, Latviyada qeydiyyatdan keçən “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyi rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.