BolgeXeber.Com » Sosial » Xətai rayonunda bıçaqlanma hadisəsi

Xətai rayonunda bıçaqlanma hadisəsi

17-05-2014, 01:25
Oxunub: 4 215 Bakının Xətai rayonunda iki dost arasında mübahisə xəsarətlə nəticələnib.
Bolgexeber.com anspress-ə istinadən xəbər verir ki, Rusiyadan Bakıya gələn Laçın rayon sakini 32 yaşlı Hafiz Allahverdiyev ilk əvvəl dostu Emin Səfərəliyevlə onun barəsində yayılan söz-söhbətə masa arxasında aydınlıq gətirmək istəyib. Lakin dostlar səmimi söhbət əvəzinə, elə masa arxasında mübahisə ediblər.

Əsəblərinə hakim ola bilməyən Hafiz dostunu bıçaqlayıb. Yaralı aldığı bir bıçaq zərbəsindən xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Hafiz Allahverdiyev isə Xətai rayon polis idarəsi tərəfindən tutulub. O, baş verənləri etiraf edib, üstəlik cinayətdə istifadə etdiyi bıçaqı da istintaqa təqdim edib.

İndi əlini dost qanına bulayan Hafiz xaricə yox, məhbəsə gedəcək. Çünki artıq onun barəsində Xətai RPİ-də cinayət işi başlanılıb. İstintaqın sonunda Hafizin əməlinə hüquqi qiymət veriləcək.