BolgeXeber.Com » Sosial » Bağçaların qiymətləri od tutub yanır

Bağçaların qiymətləri od tutub yanır

17-05-2014, 10:10
Oxunub: 3 441 Bolgexeber.com xəbər verir ki, deputat Fazil Mustafa parlamentin bugünkü iclasında uşaqlara diqqət və qayğının daha da artırılması ilə bağlı təkliflə çıxış edib. O, qeyd edib ki, Azərbaycan kifayət qədər zəngin ölkədir: “Ona görə də uşaqlarla bağlı körpələr evini, bağçaları ayrıca kateqoriya kimi götürməyimiz düzgün deyil.
Uşaqlarla bağlı musiqi məktəblərini də nəzərə almaq lazımdır. Eyni zamanda sahibkarları stimullaşdrımaq lazımdır ki, uşaqların texniki zəkasının inkişaf etdirən sahələrə də yatırım etsinlər. Bunun üçün də vergi yükünün azaldılmasına baxılmalıdır. Bu sahələri düşünməyə ehtiyac var. Körpələr evlərinə müəyyən dərəcədə diqqət yetirilir. Bağçaların qiymətlərini dağın başına qaldırıblar. Eyni zamanda rəsmi puldan əlavə, qeyri-rəsmi pul da var”.