BolgeXeber.Com » Sosial » Bu ilin əvvəlindən dörd minə yaxın boşanma halı qeydə alınıb

Bu ilin əvvəlindən dörd minə yaxın boşanma halı qeydə alınıb

16-06-2014, 13:25
Oxunub: 3 198 [img=left]uploads/1402910914_Bosa`nma`.png[/img]Azərbaycana daimi yaşamaq üçün 465 nəfər gələn və 195 nəfər ölkədən gedən qeydə alınıb

Bu ilin əvvəlindən ölkədə 19,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (6,5) qalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rəsmi orqanlar tərəfindən bu ilin dörd ayı ərzində 24,8 min nikah və 3,9 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 8,0; 1,3) qalıb.Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 465 nəfər gələn və 195 nəfər ölkədən gedən qeydə alınıb.