BolgeXeber.Com » Sosial » “Azercell -in qiyməti baha fəaliyyəti isə bərbaddır” - Deputat

“Azercell -in qiyməti baha fəaliyyəti isə bərbaddır” - Deputat

21-06-2014, 13:50
Oxunub: 3 477 “Telefon” rublikasının qonağı Milli Məclisin deputatı Kamilə Əliyevadır:

-Kamilə xanım, yəqin ki, siz də mobil telefonların imkanlarından bəhrələnirsiniz? Ümumiyyətlə istifadə etdiyiniz mobil operatorların xidmətindən razısınızmı?

-Mən mobil telefon işlətdiyim gündən bu günədək bir mobil operatorun xidmətindən istifadə etmişəm. Azercell-dən başqa digər mobil operatorların xidmətinə ehtiyac duymamışam. Yalnız işlətdiyim mobil operator haqqında deyə bilərəm ki, bu qurumun xidməti məni bir o qədər də qane etmir. Bəzən ümumiyyətlə bərbad vəziyyətdə işləyir, hətta səs kəsilir. Bu da operatorun tutum imkanlarının yaxşı olmadığının göstəricisidir. Qapalı yerlərdə olarkən isə şəbəkə kəsilir. Əsasən də belə hallar zirzəmidə və yaxudda liftdə baş verir. Arzu edərdim ki, Azercell bu cür problemləri tez bir zamanda həll etsin.

-Danışıq tarifləri necə, sizi qane edirmi?

-Xeyir, mənə elə gəlir ki, Azercell-in danışıq tarifi çox yüksəkdir. Yaxşı olar ki, bu mobil operator tariflərinə yenidən baxsın və qiymətləri nisbətən aşağı endirsin.

-Ay ərzində telefon danışığı üçün nə qədər xərcələyirsiniz?

-(Gülür) Bunu sizə dəqiq deməyə bir az çətinlik çəkirəm. Bəzən bu məbləğ orta hesabla 50 manat, bəzən də bir qədər çox olur.

-Kamilə xanım, hazırda sizə zəng etdiyim nömrə 300-lə başlayır. Niyə 200-lə başlayan nömrə işlətmirsiniz?

-Yuxarıda da qeyd etdiyim kimi uzun illər əvvəllər aldığım mobil telefon nömrəsini hələ də işlədirəm. Bu da sizin dediyiniz kimi, 314-lə başlayır. Tanışlarım və dostlarım da məni həmin nömrə ilə arayırlar. Ona görə də bu nömrəmi hələdə dəyişməmişəm.

-Bəs 200-lə başlayan mobil telefon nömrəniz varmı?

-Bəli, mən də 211-lə başlayan nömrə işlədirəm. Azercell-in Milli Məclisə göndərdiyi məktub əsasında bu nömrələr digər həmkarlarım kimi, mənə də verilib. Doğrusu, bu nömrədən çox nadir hallarda istifadə edirəm. Ən çox istifadəmdə olan 314-lə başlayan mobil nömrəmdir.

-El arasında “zerkalnı” adlandırılan nömrələr var ki, əksər insanlar məhz belə nömrələr almağa meyillidirlər. Bu nömrələr işlədənlər arasında deputatlara da rast gəlinir. Məgər adi nömrə işlətmək olmazmı?

-Əlbəttə ki, işlətmək olar. Elə buna görə də mən sadə nömrə işlədirəm. Mənim üçün ümumiyyətlə telefon, maşın və digər hansısa vasitələrin nömrəsinin düzülüş qaydasında olmasının heç bir əhəmiyyəti yoxdur. Bu cür vasitələr insanın yaşayış tərzində nəyi dəyişir? Nə fərqi var ki, maşınım hansı marka və yaxudda hansı nömrədədir? Əsas odur ki, bu vasitələr insan üçün vacib olan işləri görməyə kömək edə bilsin. Əsas insanlıq, cəmiyyətə və insanlara münasibətidir. Əsil insanlıq isə heç bir şeylə ölçülə bilməz.