BolgeXeber.Com » Sosial » “Papanin” sakinlərinin üfunət dolu həyatı -YENİLƏNİB(VİDEO)

“Papanin” sakinlərinin üfunət dolu həyatı -YENİLƏNİB(VİDEO)

10-07-2014, 11:55
Oxunub: 3 724 "Mənzərə eyni mənzərədir….”

Bolgexeber.TV bildirir ki, hamının “Papanin” kimi tanıdığı ərazi sakinlərinin problemləri bitib,tükənmək bilmir. Xəbər verdiyimiz kimi “Papanin”in 3-cu Alatava adlanan ərazisində kanalizasiya sularının sıradan çıxması nəticəsində sakinlərin istifadə etdiyi yol yararsız vəziyyətə düşdüyü üçün gediş-gəliş tamamilə mümkünsuz idi... İndi isə elə həmin ərazidə sakinlər sözün əsl mənasında zibilə düşüb. Belə ki,zibil yeşiklərinin vaxtı-vaxtında boşaldılmaması nəticəsində zibil ərazinin hər tərəfinə yayılıb. Qalaq-qalaq üst-üstə yığılan zibil havaların isti keçdiyi bu yay günlərində sakinlər üçün əsl cəhənnəm əzabına çevrilib. Sakinlər deyir ki “yeşiklər ayda ildə bir dəfə gəlib təmizlənərsə Allahımıza sukur edirik”.Biraz kulək olan kimi lap biabırçılıq olur.Zibil bizim həyətimizə dolur… Pis qoxu da bir yandan… Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Ancaq gördüyünüz kimi vəziyyət dəyişilməz olaraq qalıb. Mənzərə eyni mənzərədir….”

Məsələ ilə bağlı əraziyə baxan 33 saylı Mənzil Kommunal Xidməti ilə əlaqə saxladıq. Burada rəisi yerində tapa bilmədik. Bizə cavab verən mühasib xanım isə bildirdi ki, həmin ərazi bizə aid deyil… Ora 59 saylı Mənzil Kommunal Xidməti baxır. Biz də aidiyyatı üzrə 59 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə bağlantı yaratdıq……Sahənin mühəndisi Ramil Süleymanov israrla bildirdi ki, siz yalnış ünvaniı çəkmisiz. Dediyiniz ərazidə heç bir problem yoxdur....Adı çəkilən şəxs daha sonra bizi texnik Hüseyn adlanan şəxsə yönəltdi. O da Ramil Süleymanovun sözlərini təsdiq edərək bildirdi ki, “bəli,siz düzgün unvanı çəkməmisiz”Yəni uzun sözün qısası bizi günahkar çıxardaraq,özləri sudan quru çıxmağa çalışdılar. Görününən odur ki ,aidiyyatı qurumlar vəziyyətə bu cür biganə yanaşmaqla öhdəliklərində olan işi boyunlarından atmağa çalışırlar.Belə olan vəziyyətdə də bizə gözləmək qalır!

Aytən Yaşar
Bolgexeber.TV