BolgeXeber.Com » Sosial » Bakı DYP əməkdaşlarının yardımsevərliyi-VİDEO

Bakı DYP əməkdaşlarının yardımsevərliyi-VİDEO

3-12-2014, 14:10
Oxunub: 2 973 Bakıda çəkilən bu 7 saniyə DYP əməkdaşına münasibəti dəyişir.

Bakıda yol polisi əməkdaşının xeyirxah əməli əməkdaşımızın kamerasına tuş gəlib.
Bu video bu gün günorta saatlarında Dövlət Statistika Komitəsinin qarşısında çəkilib. Dairədə xarab olub qalan avtomobilin yoldan çıxarılmasına kömək edən yol polisi əməkdaşı nə qədər çətin olsa da, maşının xoda salınmasına axıra qədər yardımçı olub. Maşın işə düşəndən sonra isə xidmət yerinə qayıdıb.
Əslində, bu, yol polisi əməkdaşlarının xidməti vəzifəsinin bir hissəsidir. Amma bəziləri nəinki kömək edir, hətta başqa münasibət də göstərirlər. Ona görə də, xidmət zamanı bu cür insani münasibətlər göstərən yol polisinin fəaliyyəti təqdir olunası haldır.
Təki, yollarımızda belələri çox olsun.