BolgeXeber.Com » İdman » Uruqvay İngiltərəni məğlub etdi

Uruqvay İngiltərəni məğlub etdi

20-06-2014, 10:20
Oxunub: 4 309 Futbol üzrə Braziliyada keçirilən dünya çempionatı davam edir

İyunun 20-də C qrupunun 1, D qrupunun isə 2 oyunu keçiriləcək.

Əvvəlcə hamının maraqla gözlədiyi Uruqvay – İngiltərə oyunu ilə yeni günə start verilib. Nə qədər qəribə səslənsə də, 2 dəfə dünya çempionu olmuş Cənubi Amerika təmsilçisi ilə 1 qat mundial qalibi olan Avropa yığması qrupun ilk oyununda yenilgi ilə üzləşib. Bunlardan Uruqvayın Kosta-Rikaya gözlənilməz məğlubiyyəti “La selesta”nın işini daha da çətinə salıb. Çünki Oskar Tabaresin yetirmələri DÇ-yə erkən vida etməmək üçün mütləq qələbə qazanmalıdır. Eyni sözlər İngiltərə millisinə də şamildir. Tərəflərin əvvəlki 10 görüşündə Uruqvay 4, İngiltərə isə 3 dəfə qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də Latın Amerikası yığması öndədir – 13:10. Bu dəfə də Uruqvay millisi daha üstün olub. Suaresin 2 qoluna ingilislər Runinin 1 qolu ilə cavab verə biliblər.

C qrupunun ikinci turunda da məğlublar üz-üzə gəlib - Yaponiya Yunanıstanla görüşəcək. Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyi gözlənilirdi. Ancaq yunanların kapitanının qırmızı vərəqə alaraq oyunu tərk etməsi bütün planların üstündən xətt çəkib. Oyun 0:0 hesabı ilə başa çatıb

D qrupunun ikinci oyunu isə qaliblərin qarşılaşması olacaq. İtaliya ilə Kosta-Rikanın görüşündə qələbə qazanan tərəf 1/8 finala erkən vəsiqə qazanacaq. Tərəflər cəmi 1 dəfə qarşılaşıb ki, bunda da italyanlar 1:0 hesabı ilə Şimali Amerika təmsilçisinə qalib gəlib.

20 iyun
D qrupu
Uruqvay - İngiltərə - 2:1
Qollar: Suares, 39; 85 - Runi, 75
Hakim: Karlos Velasko Karbalyo (İspaniya)
San-Paulo. “Arena Korintians”
Uruqvay: Muslera, Qodin, Pereyra, Rodriqes, Suares, Himenes, Lodeyro, Rios, Qonsales, Kavani, Kakeras
İngiltərə: Hart, Conson, Beyns, Cerard, Keyxel, Jagielka, Starric, Runi, Uilbek, Anderson, Sterlinq