BolgeXeber.Com » İdman » Fransa İsveçrə millisini darmadağın etdi: 5-2 - Video

Fransa İsveçrə millisini darmadağın etdi: 5-2 - Video

21-06-2014, 09:10
Oxunub: 4 347 Fransanın futbol üzrə millisi dünya çempionatının E qrupunda ikinci tur çərçivəsində İsveçrə millisini darmadağın etdi

Braziliyanın Salvador şəhərində keçirilən qarşılaşma fransızların 5:2 hesablı qələbəsi ilə başa çatdı.

17-ci dəqiqədə hesabı Fransa millisinin hücumçusu Olivye Jiru açdı. Cəmi 1 dəqiqə sonra Didye Deşamın komandasının üstünlüyünü iki topa yarımmüdafiəçi Blez Matyuidi çatdırdı.

32-ci dəqiqədə Kərim Benzema penaltini yerinə yetirə bilmədi.

40-cı dəqiqədə daha bir yarımmüdafiəçi fərqləndi. Mayye Valbuen Fransa millisinin 3-cü qolunu vurdu. Birinci hissə Fransa yığmasının 3:0 hesablı üstünlüyü ilə başa çatdı.

Birinci hissədə penaltidən fərqlənə bilməyən Kərim Benzema 40-cı dəqiqədə istəyinə çatdı. O, Fransa millisinin dördüncü qolunu vurdu və hesabı darmadağına çatdırdı. Amma bu da son olmadı. Musa Sissoko 73-cü dəqiqədə İsveçrə millisinin qapısına yol tapdı - 5:0.

Oyunun sonlarına yaxın isveçrəlilər fransızların qollarından ikisinin əvəzini çıxa bildilər. Əvvəlcə Bleri Cemaili fərqləndi. Daha sonra Qranit Caka baxımlı qola imza atdı:

Oyunun sonunda Fransa millisi daha bir qol vurdu. Lakin Kərim Benzema topu qapıya göndərənədək hakim qarşılaşmanı bitirmişdi və qol sayılmadı.

Qeyd edək ki, Fransa millisi iki oyundan altı xal toplayıb və növbəti mərhələyə vəsiqəni təmin edib. Birinci turda Ekvadov yığmasını məğlub edən isveçrəlilərin isə 3 xalı var.

Fransa millisinin hwcumçusu Kərim Benzema ikinci hissənin ortalarında hesabı 4:0-a çatdırıb.



***

00.45

Fransa millisinin yarımmüdafiəçisi Matye Valbuena qarşılaşmanın 40-cı dəqiqəsində komandasının üstünlüyünü üç topa çatdırdı. Fransa 3 - İsveçrə 0.



***

00.28

Fransa millisi dalbadal iki qolla irəli çıxdı. Əvvəlcə hücumçu Olivye Jiru 16-cı dəqiqədə hesabı açdı. Bundan cəmi 1 dəqiqə sonra Blez Matyuidi hesab arasındakı fərqi iki topa çatdırdı.


***


00.15



Braziliyada keçirilən futbol üzrə dünya çempionatında E və F qrupunda II turun oyunları start götürür.

İlk turda qalib gələn iki tərəf İsveçrə ilə Fransanın qarşıdurmasından kimin 1/8 finala çıxacağını müəyyənləşdirəcək. Tərəflər indiyədək 36 dəfə üz-üzə gəlib. 12 dəfə İsveçrə, 15 dəfə Fransa qalib olub. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Təp fərqində Fransa üstündür – 62:58.

21 iyun
E qrupu
İsveçrə - Fransa - 0:0
Hakim: Byörn Kuypers (Hollandiya)
Salvador. “Arena Fonte-Nova”

İsveçrə: Benaglio, Lichtşteyner, Bergen, İnler, Seferoviç, Xnaka, Bezrami, Rodriqes, Mehmedi, Jouru, Şhagiri

Fransa: Lloris, Debuçi, Evra, Varan, Şako, Kabaye, Valbuena, Jiru, Benzema, Matuidi, Sissoko